...

"Neft Daşları" yatağında neftyığma məntəqəsinin tikintisi davam etdirilir

Energetika Materials 27 May 2015 22:47 (UTC +04:00)
“Neft Daşları”nda İriləşdirilmiş Neftyığma Məntəqəsinin tikintisi üzrə işlər “Neftqaztikinti” tresti tərəfindən uğurla davam etdirilir.
"Neft Daşları" yatağında neftyığma məntəqəsinin tikintisi davam etdirilir

Azərbaycan, Bakı, 27 may /Trend/

"Neft Daşları"nda İriləşdirilmiş Neftyığma Məntəqəsinin tikintisi üzrə işlər "Neftqaztikinti" tresti tərəfindən uğurla davam etdirilir.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, inşaat işləri "Neft Daşları" NQÇİ-nin köhnəlmiş İriləşdirilmiş Seperasiya Qurğularının yeniləri ilə əvəz edilməsi, Xəzər dənizinin çirklənməsinin qarşısının alınması üçün mərkəzləşdirilmiş qaydada lay sularının yığılması və utilizasiyası sistemlərini yaratmaqla ətraf mühitin mühafizəsini təmin etmək məqsədi ilə həyata keçirilir. Obyekt kompleks xarakterli olub, 1A və 2A saylı İriləşdirilmiş Seperasiya Qurğularından ibarətdir.

Layihə çərçivəsində indiyədək hidrotexniki hissələri 1479 kvadratmetr təşkil edən 1A saylı və 767 kvadrat metr olan 2A saylı İriləşdirilmiş Separasiya Qurğuları tikilib, texnoloji avadanlıqlar quraşdırılaraq istismara hazır vəziyyətə gətirilib.

Bundan əlavə, Mərkəzi Neftyığma Məntəqəsində də inşaat işləri demək olar ki, başa çatdırılıb, texnoloji avadanlıqların bir hissəsi quraşdırılıb.

Hazırda avadanlıqların əlaqələndirilməsi işləri həyata keçirilir. Mərkəzi Neftyığma Məntəqəsi ilə Əmtəə Çənləri Parkı arasında 5500 metr uzunluğunda 200 mm-lik estakada boyu lay suyu xətti çəkilib. Mərkəzi Neftyığma Məntəqəsindən 1 saylı sexə, habelə 99, 1955 və 2164 saylı meydançalararası estakada boyunca uzanan 5900 metr uzunluğunda yüksək təzyiqli lay suyu xəttinin quraşdırılması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti