...

Polşalı nazir: "Avropa enerji resurslarının tədarükü məsələsində Azərbaycanı dəstəkləməlidir"

Energetika Materials 3 İyun 2015 10:31 (UTC +04:00)
Azərbaycan Avropa, xüsusilə Polşa da daxil olmaqla Cənub-Şərqi Avropa üçün əhəmiyyətli enerji tərəfdaşıdır.
Polşalı nazir: "Avropa enerji resurslarının tədarükü məsələsində Azərbaycanı dəstəkləməlidir"

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir Aygün Bədəlova/

Azərbaycan Avropa, xüsusilə Polşa da daxil olmaqla Cənub-Şərqi Avropa üçün əhəmiyyətli enerji tərəfdaşıdır. Trend-in məlumatına əsasən, bunu Bakıda keçirilən 22-ci Beynəlxalq Caspian Oil & Gas-2015 konfransında Polşanın Baş nazirinin müavini, İqtisadiyyat naziri Yanuş Pexoçinski deyib.

Onun sözlərinə görə, Azərbaycan yeni qaz xətlərinə özünün resurslarını investisiya edən etibarlı tərəfdaşdır: "Bu səbəbdən ölkənin öz xidmətlərində əlavə anlayış və dəstəyə ehtiyacı var. Azərbaycan tərəfdən dünyamız üçün yetkin təklif - Cənub-Şərqi Avropa üçün enerji resurslarının yeni tədarükünü görürük".

Nazir qeyd edib ki, Xəzər regionu Avropa, xüsusilə Polşa üçün cəlbedici regiondur: "Mən Azərbaycana uğurlar arzulayıram, ölkənin uğurları eyni zamanda Polşa və Aİ-nin uğurları olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti