...

Azərbaycanda iri üzən qazma qurğuların birində təmir başlayıb

Energetika Materials 27 İyul 2015 07:20 (UTC +04:00)
Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" qaz-kondensat yatağında işlər üçün istifadə edilən "İstiqlal" üzən qazma qurğusunda tikinti işləri başlayıb.
Azərbaycanda iri üzən qazma qurğuların birində təmir başlayıb

Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir Maksim Tsurkov/

Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" qaz-kondensat yatağında işlər üçün istifadə edilən "İstiqlal" üzən qazma qurğusunda tikinti işləri başlayıb. Bunu Trend-ə Azərbaycanın neft-qaz bazarındakı mənbə deyib.

Onun sözlərinə görə, qurğunun plan üzrə təmiri Bakının "Caspian Shipyard" Gəmiqayırma Zavodunda həyata keçiriləcək.

Mənbə qeyd edib ki, "İstiqlal" "Caspian Shipyard"a gəlib: "Təmir işləri artıq başlayıb. Plana əsasən, platformanın modernləşdirilməsi prosesi 8-10 ayadək vaxt aparacaq".

O əlavə edib ki, eyni zamanda "Baku Shipyard" gəmiqayırma zavodunda "Dədə Qorqud" qurğusunun təmiri davam edir: "İki qurğunun paralel təmiri ümumi iş prosesinə və hasilat həcminə təsir etməyəcək. Çünki bu işlər plana əsasən aparılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti