Azərbaycan, Bakı, 4 avqust /Trend, müxbir Ənvər Məmmədov/
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Xəzərin Azərbaycan sektorunda "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsinin reallaşdırılması çərçivəsində Rusiyanın "LUKoyl" şirkətinin iştirak payını təmin etmək üçün şirkətə sindikatlaşdırılmış kredit ayıracaq.
Bu barədə Trend bankın saytına istinadən məlumat verir.
Qeyd olunur ki, kreditin ümumi həcmi 1 milyard dollar təşkil edir və bu məbləğin yarısı AYİB və Asiya İnkişaf Bankının sindikatlaşdırılmış krediti kimi təqdim ediləcək: "Hazırda sazişin imzalanması ilə bağlı hazırlıq işləri gedir".