...

Vyanada Monteneqronun TAP-a qoşulması müzakirə ediləcək

Energetika Materials 24 Avqust 2015 17:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 avqust /Trend, müxbir Maksim Tsurkov/

Monteneqronun TAP layihəsinə qoşulması məsələsi Balkan ölkələri nümayəndələrinin avqustun sonunda Vyanada keçiriləcək görüşündə müzakirə ediləcək.

Trend bu barədə Monteneqronun "Dnevne Novine" qəzetinə istinadən məlumat verir.

Məqalədə qeyd olunur ki, TAP Monteneqro üçün böyük əhəmiyyət kəsb edir: "TAP ucuz enerji mənbəyidir. Bu layihə Monteneqronun sənaye və ev təsərrüfatının inkişafına təkan ola bilər. Monteneqro və digər Balkan ölkələri boru kəmərinin inşasında maraqlıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti