...

Azərbaycanda Şotlandiya şirkəti qeydiyyata alınıb

Energetika Materials 9 Sentyabr 2015 16:45 (UTC +04:00)
Azərbaycanda qazma işləri üçün avadanlığın tədarükü sahəsində xidmətlər təqdim edən Şotlandiyanın "Baku Drilling Equipment Ltd." şirkəti qeydiyyata alınıb.
Azərbaycanda Şotlandiya şirkəti qeydiyyata alınıb

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir Maksim Tsurkov/

Azərbaycanda qazma işləri üçün avadanlığın tədarükü sahəsində xidmətlər təqdim edən Şotlandiyanın "Baku Drilling Equipment Ltd." şirkəti qeydiyyata alınıb. Bu barədə Trend "Vergilər" qəzetinə istinadən məlumat verir.

Şirkətin qanuni təmsilçisi Makkalok Con Maldundur. Şirkət avqustun 19-da Vergilər Nazirliyində qeydiyyatdan keçib.

MMC Bakı şəhərinin Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, 44 ünvanında yerləşir.

Qeyd edək ki, "Baku Drilling Equipment" şirkəti 2014-cü ilin avqust ayında "Caspian Drilling Equipment" adı ilə Qlazqoda qeydiyyatdan keçib. Noyabr ayından isə adı "Baku Drilling Equipment"-ə dəyişdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti