...

SOCAR və "Qazprom" Azərbaycana qaz tədarükləri üzrə svop əməliyyatlarına başlayacaq (ƏLAVƏ OLUNUB 2)

Energetika Materials 17 Sentyabr 2015 12:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir Maksim Tsurkov/

SOCAR və Rusiyanın "Qazprom "şirkəti yaxın vaxtlarda Rusiya qazının Azərbaycana tədarükləri üzrə svop əməliyyatlarına başlayacaq.

Trend-in məlumatına görə, bunu jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, tədarük edilən qaz Azərbaycanın yeraltı qaz anbarlarında saxlanılacaq: "Qazprom"un artıq təbii qazı var və buna görə də həmin həcmləri yeraltı qaz anbarlarına yerləşdirmək qərarına gəldik. İranla da bənzər danışıqlar apardıq. Tərəfimizdən qaz anbarlarımızın gücünü genişləndirdik və Rusiya qazının tədarükləri onların imkanlarının yoxlanılması üzrə özünəməxsus pilot layihə olacaq. Nəticədə SOCAR və "Qazprom" müvəqqəti svop sxeminə keçid haqqında razılığa gəliblər. Rusiya qazının tədarükü gələn ay sutkada təqribən 10 milyon kubmetr həcmində başlayacaq. Ümumilikdə isə söhbət ildə təqribən 2 milyard kubmetr həcmində tədarükdən gedir".

R.Abdullayev qeyd edib ki, gələcəkdə bu qaz Rusiyanınn cənub regionlarının təchizatı üçün istifadə ediləcək: "Bununla da cari ildə və növbəti illərdə qaz anbarlarımızın gücünün ən yüksək həddini yoxlayacağıq. 2017-ci ildən Rusiyanın Şimali Qafqaz regionunun qaz təchizatını təmin etməyə başlayacağıq. Tərəflər ilkin razılıq əldə ediblər. Texniki detallar üzərində işləyən ekspert qrupu yaradılıb. Müqavilə 10-15 gün ərzində imzalanacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti