...

"Neft Daşları"nda yeni quyu istismara verilib

Energetika Materials 22 Oktyabr 2015 20:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir Maksim Tsurkov/

"Neft Daşları" yatağındakı 2150 nömrəli meydançadan 2156 nömrəli quyu qazmadan sonra istismara verilib.

Trend SOCAR-ın aytına istinadən məlumat verir ki, Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılan quyu 1601-1593 metr intervaldan sutkalıq 10 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, quyu "Azneft" İstehsalat Birliyinin "Neft Daşları" Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti