...

Rövnəq Abdullayev: SOCAR Gürcüstan qarşısındakı bütün öhdəliklərini yerinə yetirir

Energetika Materials 14 Yanvar 2016 11:52 (UTC +04:00)
SOCAR Gürcüstan hakimiyyəti qarşısındakı bütün öhdəliklərini yerinə yetirir.
Rövnəq Abdullayev: SOCAR Gürcüstan qarşısındakı bütün öhdəliklərini yerinə yetirir

Bakı. Maksim Tsurkov - Trend:

SOCAR Gürcüstan hakimiyyəti qarşısındakı bütün öhdəliklərini yerinə yetirir. Trend-in "Qruziya onlayn"a istinadən verdiyi məlumatına görə, bunu SOCAR prezidenti Rövnəq Abdullayev "Rustavi 2" telekanalına deyib.

R.Abdullayev müsahibəsində bildirib ki, Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili və hökumətin iqtisadi komandası ilə görüşlərini başa çatdırıb.

O qeyd edib ki, danışıqlar yaxşı keçib: "Biz Gürcüstan hakimiyyəti qarşısındakı bütün öhdəliklərimizi yerinə yetiririk. Bəzi texniki problemlər üzrə də danışıqlar aparılıb. Energetika Nazirliyi ilə birgə iş sayəsində bütün məsələləri həll edə biləcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti