...

Daha bir kənd ilk dəfə qaz gördü

Energetika Materials 3 Mart 2016 15:58 (UTC +04:00)
Martın 3-də Kürdəmir rayonunun Pirili kəndinə ilk dəfə təbii qaz verilib.
Daha bir kənd ilk dəfə qaz gördü

Bakı. Trend:

Martın 3-də Kürdəmir rayonunun Pirili kəndinə ilk dəfə təbii qaz verilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş tədbirdə rayon İcra Hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 307 abonenti olan kəndin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 44 486 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Çıxış edənlər kəndə ilk dəfə təbii qazın verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti