...

Cəlilabadın daha bir kəndinə qaz verilib

Energetika Materials 12 Mart 2016 13:10 (UTC +04:00)
Martın 12-də SOCAR prezidenti Rövnəq Abdullayev Cəlilabad rayonunun Komanlı kəndinə yenidən təbii qazın verilməsi münasibəti ilə keçirilmiş mərasimdə iştirak edib.
Cəlilabadın daha bir kəndinə qaz verilib

Bakı. Trend:

Martın 12-də SOCAR prezidenti Rövnəq Abdullayev Cəlilabad rayonunun Komanlı kəndinə yenidən təbii qazın verilməsi münasibəti ilə keçirilmiş mərasimdə iştirak edib.

Trend-in Dövlət Neft Şirkətinin saytına istinadən verdiyi məlumata görə, SOCAR rəhbərliyi təmsilçilərinin, Cəlilabad rayon İcra Hakimiyyəti, "Azəriqaz" İstehsalat Birliyi və ictimaiyyət nümayəndələrinin qatıldığı mərasimdə bildirilib ki, 442 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 2380 metr uzunluğunda müxtəlif diametrli polietilen və 31 379 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 442 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirdə çıxış edən R.Abdullayev bu əlamətdar hadisə münasibətilə kənd sakinlərini təbrik edib, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışıb. Qeyd edib ki, təbii qaz almayan yaşayış məntəqələrinin sürətli templərlə "mavi yanacaq"la təmin olunması xalqımızın rifah halının daha da yaxşılaşmasına xidmət edir. SOCAR prezidenti respublikanın qazlaşdırılması sahəsində həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Tədbirdə çıxış edən kənd sakinləri və ictimaiyyət nümayəndələri yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti