Bakı. Trend:
SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2016-cı ilin aprel ayında 62 min 518 ton dizel yanacağı, 14 min 898 ton təyyarə yanacağı, 57 ton soba mazutu, 8 min 73 ton yüksək təzyiqli polietilen, 1 min 881 ton mütləqləşdirilmiş izopropil spirti, 6 min 570 ton maye piroliz qətranı, 3 min 482 ton propilen və 2 min 377 ton butilen butadien fraksiyası ixrac edib.
Trend-in SOCAR-ın saytına istinadən verdiyi məlumata görə, ümumilikdə, 2016-cı ilin yanvar-aprel ayları ərzində 281 min 931 ton dizel yanacağı, 89 min 620 ton təyyarə yanacağı, 176 ton soba mazutu, 32 min 841 yüksək təzyiqli polietilen, 5 min 86 ton mütləqləşdirilmiş izopropil spirti, 21 min 654 ton maye piroliz qətranı, 15 min 693 ton propilen və 3 min 719 ton butilen butadien fraksiyası ixrac edilib. 2016-cı ilin aprel ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 466,86 dollar, təyyarə yanacağının - 378,46 dollar, dizel yanacağının - 353,77 dollar, 1% kükürdlü mazutun qiyməti 179,17 dollar, yüksək təzyiqli polietilen 1215,00 dollar, butilen butadien fraksiyası 422,74 dollar, propilen 620 avro, mütləqləşdirilmiş izopropil spirti 693,75 avro təşkil edib.