...

İmişlinin kəndinə ilk dəfə qaz verilib

Energetika Materials 1 İyul 2016 19:52 (UTC +04:00)
İmişlinin Qaraqaşlı kəndinə ilk dəfə təbii qaz verilib.
İmişlinin kəndinə ilk dəfə qaz verilib

Bakı. Trend:

İyulun 1-də İmişli rayonunun Qaraqaşlı kəndinə ilk dəfə təbii qaz verilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 305 abonenti olan kəndin birpilləli sistem əsasında qazlaşdırılması zamanı 30 408 metrlik müxtəlif diametrli polietilen və metal borularla qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirdə çıxış edən sakinlər və ictimaiyyət nümayəndələri kəndə ilk dəfə təbii qazın verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti