Bakı. Trend:
"Bakı Elektrik Stansiyası"nda aqreqatlarda istismar vəziyyətindən asılı olaraq, qrafikə uyğun növbəti təmir işləri aparılır.
“Azərenerji” ASC-nin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hazırda aqreqatlar dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir.
“Bakı Elektrik Stansiyası”nda cari ilin iyun ayında 13,1 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib. 2016-cı ilin 6 ayı ərzində isə bu elektrik stansiyasında 229,1 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilib.