...

BP Azərbaycanda qaz hasilatını artırıb

Energetika Materials 22 Avqust 2016 14:05 (UTC +04:00)
2016-cı ilin birinci yarısı ərzində “Şahdəniz” qaz-kondensat yatağı üzrə fəaliyyətlərə təqribən 225 milyon dollar əməliyyat xərcləri və təqribən 1,87 milyard dollar əsaslı xərclər çəkilib.
BP Azərbaycanda qaz hasilatını artırıb

Bakı. Aygün Bədəlova  - Trend:

2016-cı ilin birinci yarısı ərzində “Şahdəniz” qaz-kondensat yatağı üzrə fəaliyyətlərə təqribən 225 milyon dollar əməliyyat xərcləri və təqribən 1,87 milyard dollar əsaslı xərclər çəkilib. Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz Mərhələ 2” layihəsinə aiddir.

Trend-in məlumatına görə, bu barədə BP-nin cari ilin I yarısında Azərbaycanda fəaliyyətinin yekunları üzrə hesabatında deyilir.

Hesabata əsasən, birinci yarımildə “Şahdəniz” yatağı Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), BTC şirkəti və Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına etibarlı şəkildə qaz çatdırılması  üçün hasilatı davam etdirib.

Həmin dövr ərzində yataqdan 5,4 milyard standart kubmetr qaz və 1,3 milyon ton (təqribən 10 milyon barel) kondensat hasil edilib. 2015-ci ilin analoji dövründə bu rəqəm 5,2 milyard kubmetr qaz və 1,2 milyon ton kondensat olub.

Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə 29,5 milyon standart kubmetr və ya ildə təqribən 10,8 milyard kubmetrdir.

Şahdənizdə iştirak payları belədir: BP (operator – 28,8%), AzŞD (10%), Cənub Qaz Dəhlizi Apstrim (6.7%), Petronas (15,5%), LUKOYL (10%), NİKO (10%), və TPAO (19%).

 

 

Məqalədə:
Xəbər lenti

Xəbər lenti