...

SOCAR Türkmənistan qazının tranziti üzrə danışıqların müsbət nəticələrini gözləyir

Energetika Materials 29 Avqust 2016 13:46 (UTC +04:00)

Bakı. Azad Həsənli - Trend:

SOCAR Türkmənistan qazının Azərbaycan ərazisi ilə tranziti üzrə danışıqların müsbət nəticələrini gözləyir.

Trend-in məlumatına görə, bunu SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadə Bakıda keçirilən Enerji İqtisadiyyatları üzrə Beynəlxalq Assosiasiyasının I Avrasiya konfransında deyib.

Onun sözlərinə görə, Türkmənistana öz qazının tranziti üçün Azərbaycanın boru kəməri infrastrukturuna qoşulmaq sərf edir: "Təxminən Xəzərin ortalarınadək olan boru kəmərlərimizin Türkmənistanadək məsafəsi böyük deyil".

X.Yusifzadə qeyd edib ki, sərhədyanı "Kəpəz" yatağının işlənməsi məsələsi qalır: "Türkmənistan bu yatağı "Sərdar" adlandırır. Fikrimcə, bu məsələni də yaxın vaxtlarda həll edəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti