...

Cəlilabadın kəndinə qaz verilib

Energetika Materials 13 Oktyabr 2016 14:03 (UTC +04:00)

Bakı. Trend:

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən bu gün Cəlilabad rayonunun Hamarqışlaq kəndinə təbii qazın verilişi bərpa edilib.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

184 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 13843 metr uzunluğunda müxtəlif diametrli pilietilen və metal borularla qaz xətləri çəkilib, hər bir abonentin mənzilində sayğac və fərdi tənzimləyici quraşdırılıb. Hazırda rayonun daha 3 kəndində - Gülməmmədli, Xəlilabad və Kövüzbulaq kəndlərində qazlaşdırma işləri davam etdirilir. Yaxın vaxtlarda həmin kəndlərə də ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti