...

SOCAR noyabr ayında 6700 metr qazma işi həyata keçirib

Energetika Materials 14 Dekabr 2016 18:32 (UTC +04:00)
Bu ilin noyabr ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 6706 metr qazma işi həyata keçirilib.
SOCAR noyabr ayında 6700 metr qazma işi həyata keçirib

Bakı. Trend:

Bu ilin noyabr ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 6706 metr qazma işi həyata keçirilib.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, bu sahədə görülmüş işlərin hamısı istismara aid olub. Ümumiyyətlə, 2016-cı ilin yanvar-noyabr aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 100363 metr qazma işi görülüb ki, bunun da 97693 metri istismara, 2670 metri isə kəşfiyyata aid olub.

Bundan əlavə, noyabr ayı ərzində qazmadan alınmış 5, ilin əvvəlindən isə 57 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti