...

Gələn il üçün yanacaq-enerji balansının proqnoz göstəriciləri müəyyənləşdirilib

Energetika Materials 26 Dekabr 2016 18:27 (UTC +04:00)
Azərbaycanın 2017-ci il üçün yanacaq-enerji balansının proqnoz göstəricləri müzakirə edilib.
Gələn il üçün yanacaq-enerji balansının proqnoz göstəriciləri müəyyənləşdirilib

Bakı. Trend:

Energetika Nazirliyində “Azərbaycan Respublikasının 2017-ci il üçün Yanacaq-Enerji balansı”nın proqnoz göstəricilərinə dair müzakirələr aparılıb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nazirlər Kabineti, İqtisadiyyat Nazirliyi, “Azərenerji” ASC və SOCAR-ın nümayəndələrinin iştirakı ilə ölkədə neft-qaz hasilatı, elektrik enerjisinin istehsalı, ixrac-idxal imkanları təhlil edilib və gələn il üçün yanacaq-enerji balansının proqnoz göstəriciləri müəyyənləşdirilib.

Qeyd olunub ki, yanacaq-enerji balansının proqnoz göstəriciləri tərtib olunarkən ölkəmizin enerji resurslarına olan tələbatının tam ödənilməsi, idxaldan asılılığa son qoyulması, enerji təhlükəsizliyinin, yanacaq-enerji kompleksinin etibarlı və fasiləsiz işinin təmin edilməsi kimi daxili enerji siyasətinin mühüm istiqamətləri əsas götürülüb.

Sənədin təsdiq üçün Nazirlər Kabinetinə göndərilməsi qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti