...

Ekspert: Qətər ətrafında diplomatik gərginliyin neft qiymətlərinə böyük təsiri olmayacaq

Energetika Materials 5 İyun 2017 16:24 (UTC +04:00)
Qətər ətrafında diplomatik gərginlik neft qiymətlərinə böyük təsir göstərməyəcək
Ekspert: Qətər ətrafında diplomatik gərginliyin neft qiymətlərinə böyük təsiri olmayacaq

Bakı. Ləman Zeynalova - Trend:

Qətər ətrafında diplomatik gərginlik neft qiymətlərinə böyük təsir göstərməyəcək.

Bunu Trend-ə Böyük Britaniyanın “Capital Economics” konsaltinq şirkətinin iqtisadçısı Tomas Pyu deyib.

Onun sözlərinə görə, Qətər iri neft istehsalçılarından deyil. Qətər sutkada 0,6 milyon barrel neft istehsal edir. “Amma ölkə dünyada ən iri mayeləşdirilmiş təbii qaz ixracatçısıdır. Ona görə, bu gərginlik qaz bazarına təsir göstərə bilər. Əgər Fars körfəzinin digər ölkələri Qətər tankerlərinin körfəzdən çıxışının qarşısını alsalar, Qətərdən qaz tədarükü dayandırıla bilər”.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

Daha sonra bu ölkələrin sırasına Yəmən, Liviya və Maldiv də qoşulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti