...

Azərbaycan neftinin SON QİYMƏTİ - Ucuzlaşıb

Energetika Materials 7 İyul 2017 02:20 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 5-də 48,48 dollar/barel təşkil edib.
Azərbaycan neftinin SON QİYMƏTİ - Ucuzlaşıb

Bakı. Maksim Tsurkov - Trend:

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 5-də 48,48 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 1,68 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 5-də 47,98 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,69 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 5-də 45,99 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,75 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyulun 5-də 47,63 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,66 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti