...

Azərbaycan neftinin son qiyməti - Yenə bahalaşıb

Energetika Materials 31 Avqust 2017 23:20 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 30-da 53,51 dollar/barel təşkil edib
Azərbaycan neftinin son qiyməti - Yenə bahalaşıb

Bakı. Ənvər Məmmədov - Trend:

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 30-da 53,51 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,13 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 30-da 52,97 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,12 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 30-da 49,5 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,1 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə avqustun 30-da 51,87 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,12 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti