...

SOCAR: "Cənub Qaz Dəhlizi"nin bütün seqmentləri qrafik üzrə həyata keçirilir

Energetika Materials 12 Oktyabr 2017 10:58 (UTC +04:00)
"Cənub Qaz Dəhlizi"nin bütün seqmentləri qrafik üzrə həyata keçirilir.
SOCAR: "Cənub Qaz Dəhlizi"nin bütün seqmentləri qrafik üzrə həyata keçirilir

Bakı. Maksim Tsurkov - Trend:

"Cənub Qaz Dəhlizi" layihəsinin bütün seqmentləri qrafik üzrə həyata keçirilir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Bakıda keçirilən Beynəlxalq Neft Sammitində çıxışı zamanı deyib.

O qeyd edib ki, Azərbaycan dünyada enerji resurslarının etibarlı tədarükçüsü kimi tanınır: "Bu, həm neft, həm də qaz tədarükünə aiddir. SOCAR-ın həyata keçirdiyi layihələr dünya iqtisadiyyatının ayrılmaz hissəsinə çevrilib".

R.Abdullayev Azərbaycanın neft və qaz hasilatı sahəsində iri layihələrindən də danışıb: "Şahdəniz" yatağında ildə 9 milyard kubmetr səviyyəsində stabil hasilatı təşkil edə bildik. Yatağın işlənməsinin ikinci mərhələ çərçivəsində hasilat daha 16 milyard kubmetr artacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti