...

Yevlax-Ağcabədi çökəkliyində kompleks geofiziki kəşfiyyat işləri aparılıb

Energetika Materials 24 Oktyabr 2017 13:43 (UTC +04:00)
Yevlax-Ağcabədi çökəkliyində kompleks geofiziki kəşfiyyat işləri aparılıb.
Yevlax-Ağcabədi çökəkliyində kompleks geofiziki kəşfiyyat işləri aparılıb

Bakı. Trend:

Geofizika və Geologiya İdarəsinin “Kəşfiyyatgeofizika” İstehsal bölümü “Azneft” İB-nin sifarişi əsasında Yevlax-Ağcabədi çökəkliyində regional profillər üzrə kompleks geofiziki kəşfiyyat işləri aparıb.

Bu barədə Trend SOCAR-ın saytına istinadən xəbər verir.

Mezokaynazoy çöküntülərinin regional izlənilməsi və müxtəlif yaşlı çöküntü komplekslərinin qalınlıqlarının öyrənilməsi məqsədi ilə cari ilin aprel ayından aparılan işlər zamanı ümumilikdə, neftli-qazlı rayondan keçən dörd profil boyu 312 xətti kilometr həcmində 2D (ikiölçülü) seysmik kəşfiyyat, eləcə də hər biri 340 xətti kilometr olan qravimetrik və maqnitometrik tədqiqat işləri görülüb.

Bu il üçün nəzərdə tutulumuş çöl işləri uğurla başa çatdırılıb. Əldə edilmiş materiallar hazırda emal və interpretasiya mərhələsindədir. Tədqiqat sahəsində işlənilmiş profillər üzrə alınan geofiziki məlumatlar əsasında müxtəlif miqyaslarda dərinlik kəsilişləri qurulacaq, quyu və seysmik məlumatların kompleks interpretasiyası nəticəsində seysmostratiqrafik təhlillər aparılacaq, həmçinin seysmofasial komplekslər ayrılacaq. Yeni məlumatlar axtarış-qazma işlərinin düzgün istiqamətləndirilməsinə şərait yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti