...

Azərbaycan nefti 63 dollardan baha satılır

Energetika Materials 16 Noyabr 2017 23:00
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 15-də 63,28 dollar/barel təşkil edib.
Azərbaycan nefti 63 dollardan baha satılır

Trend-i buradan izləyin

Bakı. Maksim Tsurkov – Trend:

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 15-də 63,28 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,41 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 15-də 62,63 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,41 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 15-də 59,95 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,45 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə noyabrın 15-də 61,26 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,28 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti