...

SOCAR GPC üzrə yekun investisiya qərarı 2018-ci ilin ortalarında qəbul ediləcək

Energetika Materials 29 Noyabr 2017 11:47 (UTC +04:00)
SOCAR GPC qaz emalı və neft-kimya kompleksi layihəsi üzrə yekun investisiya qərarı 2018-ci ilin may-iyun aylarında qəbul ediləcək.
SOCAR GPC üzrə yekun investisiya qərarı 2018-ci ilin ortalarında qəbul ediləcək

Bakı. Ləman Zeynalova - Trend:

SOCAR GPC qaz emalı və neft-kimya kompleksi layihəsi üzrə yekun investisiya qərarı 2018-ci ilin may-iyun aylarında qəbul ediləcək.

Trend-in məlumatına görə, bunu SOCAR GPC-nin baş direktor müavini Fuad Əhmədov Bakıda “Xəzər və Mərkəzi Asiyada neft emalı və neft-kimya” konfransında deyib.

F.Əhmədov qeyd edib ki, layihənin dəyəri 4,2 milyard dollara yaxın təşkil edir: “Satışlardan əldə ediləcək gəlir ildə 800 milyon dollardan 1,2 milyard dollaradək olacaq. Bu, kifayət qədər cəlbedici göstəricidir”.

Onun sözlərinə görə, maliyyələşmə ilə bağlı marketinq araşdırması aparılıb, maliyyələşmə və investisiyalar haqqında ilkin sazilş hazırlanıb: “Niderlandın ING bankı, Çin İnkişaf Bankı və “Qazprombank” (Rusiya) bu layihədə maliyyə məsləhəhətçisidir. Çin İnkişaf Bankının əsas kreditor olacağı gözlənilir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti