...

OPEK neft hasilatının azaldılması siyasətinin yumşaldılmasını müzakirə edə bilər

Energetika Materials 20 İyun 2018 15:45 (UTC +04:00)
Birgə monitorinq komitəsinin 9-cu iclasında neft hasilatının azaldılması siyasətinin yumşaldılması müzakirə oluna bilər.
OPEK neft hasilatının azaldılması siyasətinin yumşaldılmasını müzakirə edə bilər

Bakı. İlkin Şəfiyev - Trend:

OPEK üzv ölkələrinin və quruma daxil olmayan ölkələrin nazirlərinin Birgə monitorinq komitəsinin 9-cu iclasında neft hasilatının azaldılması siyasətinin yumşaldılması müzakirə oluna bilər.

Trend-in məlumatına görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.

P.Şahbazovun sözlərinə görə, nəzərə almaq lazımdır ki, bu sahədə vəziyyət dəyişib:

“Dünya neft ehtiyatları azalır, xüsusilə kəskin azalma son müddətdə baş verib. Biz mütləq bunu nəzərə almalıyıq. Ehtimal etmək olar ki, iclas zamanı hasilatın azaldılması siyasətinin yumşaldılması üzrə məşvərətlər keçiriləcək”.

Nazir əlavə edib ki, son dövrlərdə OPEK+ formatında çox səmərəli əməkdaşlıq formalaşıb:

“Bu əməkdaşlıq nəticəsində neft qiymətləri beynəlxalq səviyyədə stabilləşib. Əldə olunan nəticələr göz qabağındadır. Biz danışıqlarda bilavasitə iştirak edəcəyik. Görüş zamanı əldə olunan nəticələr əsaslı şəkildə təhlil olunacaq”.

Qeyd edək ki, energetika naziri P.Şahbazov OPEK-in baş katibi Məhəmməd Barkindonun dəvəti ilə iyunun 21-23-ü Vyanada səfərdə olacaq və orada “Neft – dayanıqlı gələcək üçün əməkdaşlıq” mövzusunda OPEK-in 7-ci beynəlxalq konfransında iştirak edəcək.

P.Şahbazovun OPEk üzv ölkələrinin və quruma daxil olmayan ölkələrin nazirlərinin Birgə monitorinq komitəsinin 9-cu iclasında iştirakı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti