...

Paytaxtın bu hissələrində qazın verilişində fasilələr olacaq

Energetika Materials 21 İyun 2018 18:17 (UTC +04:00)

Bakı. Trend:

Paytaxtın bəzi hissələri və ətraf ərazilərdə təbii qazın verilişində fasilələr olacaq.

“Azəriqaz” İB-dən Trend-ə verilən məlumata görə, diametri 720 mm-lik “Qaradağ-Digah” magistral qaz kəmərinin 23-24-cü kilometrlər arasında dayaqlar üzərinə qaldırılması zərurəti ilə əlaqədar, bu gündən təmir işləri tamamlananadək Nəsimi rayonu Tbilisi prospekti və 20 yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə, H.Əliyev küçələrinin, eləcə də Binəqədi rayonu 6, 7, 8 və 9-cu mikrorayonlarının, Rəsulzadə, Xutor, Sulutəpə, Xocahəsən, Biləcəri qəsəbələrinin və Motodrom adlanan ərazinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Görülən zəruri təmir işlərinin Abşeron rayonu Xırdalan şəhəri və ətraf ərazilərinə həmçinin Yeni Yasamal yaşayış massivinin bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür.

Aparılan təmir işləri 22 iyun 2018-ci il tarixdə yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq. “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti