...

Ağdamda məcburi köçkünlərin məskunlaşdığı yaşayış məntəqələrinə qaz verilib (FOTO)

Energetika Materials 1 Noyabr 2018 18:37 (UTC +04:00)
Ağdamda məcburi köçkünlərin məskunlaşdığı yaşayış məntəqələrinə qaz verilib.
Ağdamda məcburi köçkünlərin məskunlaşdığı yaşayış məntəqələrinə qaz verilib (FOTO)

Bakı. Trend:

Noyabrın 1-də Ağdam rayonunun Mirzələr qış otlağı ərazisində və Ergi adlanan ərazidə salınmış qəsəbədə Laçın, Ağdam və Şuşa rayonlarından olan məcburi köçkünlərin məskunlaşdığı yaşayış məntəqələrinə təbii qaz verilib.

Trend-in "Azəriqaz" İstehsalat Birliyinə istinadən verdiyi məlumata görə, ümumilikdə 388 fərdi evdən ibarət qəsəbələrin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 35 072 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı, paylayıcı qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Qəsəbə sakinləri və ictimaiyyət nümayəndələri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti