...

Goranboyun daha iki kəndinə qaz verilib

Energetika Materials 22 Noyabr 2018 19:04 (UTC +04:00)
Goranboy rayonunun daha iki kəndinə təbii qaz verilib.
Goranboyun daha iki kəndinə qaz verilib

Bakı. Trend:

Goranboy rayonunun daha iki kəndinə təbii qaz verilib.

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, rayonun Goranlı və Həmənli kəndlərinə təbii qazın verilməsi münasibətilə tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, ümumilikdə 178 fərdi evdən ibarət olan kəndlərin qazlaşdırılması üçün “birpilləli” sistem əsasında ümumi uzunluğu 18 min 106 metr müxtəlif diametrli metal, polietilen borularla daşıyıcı, həmçinin məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “birpilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti