...

Azərbaycan neftinin SON QİYMƏTİ?

Energetika Materials 23 Noyabr 2018 23:40 (UTC +04:00)

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 22-də 64,98 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,46 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 22-də 63,64 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,45 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 22-də 59,61 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,68 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti noyabrın 22-də 61,43 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,45 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti