...

Səfir: Hindistan energetika sektorunda Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir (ÖZƏL)

Energetika Materials 5 Yanvar 2019 15:22 (UTC +04:00)
Hindistanın neft şirkətləri Azərbaycanın neft-qaz sektorunda fəaliyyətini genişləndirmək niyyətindədir
Səfir: Hindistan energetika sektorunda Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir (ÖZƏL)

Bakı. Sara İsrafilbəyova - Trend:

Hindistanın neft şirkətləri Azərbaycanın neft-qaz sektorunda fəaliyyətini genişləndirmək niyyətindədir.

Bunu Trend-ə Hindistanın Azərbaycandakı səfiri Sancay Rana deyib.

Diplomat xatırladıb ki, Hindistanın iri neft-qaz şirkəti “Oil and Natural Gas Corporation” “Azəri-Çıraq-Günəşli” neft-qaz yatağında 2,31 faiz paya malikdir:

“Hindistanın bu sektorda yaxşı potensialı var. Bizim şirkətlərimiz Azərbaycanın digər neft-qaz layihələrinin inkişafında iştirak etmək niyyətindədir”.

S.Rana qeyd edib ki, əczaçılıq, turizm və digər sahələrdə əməkdaşlıq üçün də böyük potensial mövcuddur.

Səfirin sözlərinə görə, ölkələr arasında iqtisadi münasibətlər ildən-ilə möhkəmlənir:

“İkitərəfli ticarət hər il artır. Biz ümid edirik ki, iqtisadi əməkdaşlığımız yaxın illərdə daha da genişlənəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti