...

Nazir müavini: Ötən il Azərbaycanda məşğulluq sahəsində kiçik və orta biznesin xüsusi çəkisi 70 faizi keçib (FOTO)

Energetika Materials 1 May 2019 13:25 (UTC +04:00)
Ötən il Azərbaycanda məşğulluq sahəsində kiçik və orta biznesin xüsusi çəkisi 76 faiz təşkil edib
Nazir müavini: Ötən il Azərbaycanda məşğulluq sahəsində kiçik və orta biznesin xüsusi çəkisi 70 faizi keçib (FOTO)

Bakı. Sara İsrafilbəyova - Trend:

Ötən il Azərbaycanda məşğulluq sahəsində kiçik və orta biznesin xüsusi çəkisi 76 faiz təşkil edib.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov "KOB evi"nin layihəsinin təqdimatı zamanıdeyib.

O bildirib ki, son bir neçə il ərzində kiçik və orta biznesin inkişafı üçün kompleks işlər aparılır. Sahibkarlıq subyektlərində yoxlamalar dayandırılıb, lisenziyaların verilməsi prosesi sadələşdirilib:

“Bu günədək sahibkarlara 7400-dən çox lisenziya verilib. Lisenziyaların verilməsi elektronlaşdırılıb və bu günədək elektron formada 940-dək lisenziya verilib”.

N.Səfərovun sözlərinə görə, lisenziyaların alınması üçün rüsumun məbləği Bakıda iki dəfə, rayonlarda dörd dəfə azaldılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti