...

SOCAR prezidenti: Azərbaycanda qaz hasilatı artacaq

Energetika Materials 30 May 2019 13:16 (UTC +04:00)
2019-cu ilin sonunadək Azərbaycanda qaz hasilatının 20 faiz artacağı proqnozlaşdırılır
SOCAR prezidenti: Azərbaycanda qaz hasilatı artacaq

Bakı. Sara İsrafilbəyova - Trend:

2019-cu ilin sonunadək Azərbaycanda qaz hasilatının 20 faiz artacağı proqnozlaşdırılır.

Trend-in məlumatına görə, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev jurnaslitlərə açıqlamasında deyib.

O bildirib ki, 2018-ci ildə qaz hasilatı əhəmiyyətli dərəcədə artıb və bu tendensiya növbəti illərdə də davam edəcək.

Daha sonra şirkətin xarici investisiyalarından danışan R.Abdullayev deyib ki, SOCAR Türkiyədə ən iri investordur:

“Bu günədək biz Türkiyə iqtisadiyyatına 15 milyard dollar investisiya qoymuşuq, gələcəkdə bu göstəricinin 19,5 milyard dollaradək artırılması planlaşdırılır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti