Bakı. Samir Əli - Trend:
Bu gün günorta saatlarında Ağsu şəhəri H.Aslanov küçəsində betonqarışdıran avtomobil ilə 76 mm diametrində olan qaz kəmərini vurub qırıblar.
“Azəriqaz” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, nəticədə abonentlərə məxsus 3 ədəd smart-kart tipli qaz sayğacı tamamilə yararsız vəziyyətə düşüb. 70-ə yaxın evin qaz təchizatının dayandırıldığı bildirilir.
Birlikdən verilən məlumata görə, artıq bərpa işlərinə başlanılıb. İşlərin tez bir zamanda başa çatdırılması planlaşdırılır.