...

Gürcüstanda “SOCAR Georgia Gas” şirkətinin filialının xidmət mərkəzinə hücum edilib

Energetika Materials 16 Yanvar 2020 13:55 (UTC +04:00)
Gürcüstanın Kobuleti şəhərində “SOCAR Georgia Gas” şirkətinin filialının xidmət mərkəzinə hücum edilib
Gürcüstanda “SOCAR Georgia Gas” şirkətinin filialının xidmət mərkəzinə hücum edilib

Bakı. Tamilla Məmmədova - Trend:

Gürcüstanın Kobuleti şəhərində “SOCAR Georgia Gas” şirkətinin filialının xidmət mərkəzinə hücum edilib.

Bunu Trend-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəmə şirkəti “SOCAR Energy Georgia”nın baş direktoru Mahir Məmmədov deyib.

Onun sözlərinə görə, naməlum şəxslər mühafizə xidmətinin əməkdaşına hücum edərək əl-qolunu bağlayıb və ödəmə terminalını soymağa çalışıblar. Lakin onlar pulları oğurlaya bilməyib:

“Hamı sağ-salamatdır. Bu, artıq üçüncü belə haldır, biz indi bu halların qarşısının alınması üçün kameralar quraşdırırıq”.

Hazırda polis cinayətkarların axtarışlarını aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti