...

“Azərkimya”da modernləşdirilmə işləri bu ilin üçüncü rübündə başa çatacaq

Energetika Materials 13 Fevral 2020 11:08 (UTC +04:00)
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azərkimya” İstehsalat Birliyinin tərkibindəki istehsal sahələrinin modernləşdirilməsi bu ilin üçüncü rübündə tam başa çatacaq
“Azərkimya”da modernləşdirilmə işləri bu ilin üçüncü rübündə başa çatacaq

Bakı. Nərgiz İsmayılova - Trend:

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azərkimya” İstehsalat Birliyinin tərkibindəki istehsal sahələrinin modernləşdirilməsi bu ilin üçüncü rübündə tam başa çatacaq.

Trend-in məlumatına görə, bunu “Etilen-polietilen” zavodunun baş mühəndisinin modernləşdirmə üzrə müavini Qadir Əliyev mətbuat üçün təşkil olunmuş tur zamanı deyib.

Onun sözlərinə görə, zavodda modernləşdirmə işləri 2017-ci ildə başlayıb və aktiv mərhələyə daxil olub:

“Modernləşdirmə çərçivəsində işlərin 94 faizi başa çatıb. Hazırda quraşdırma üzrə ilkin işlər başlayıb. Modernləşdirmə üzrə baş podratçı “Technip” şirkəti, subpodratçılar “Üstay” və “Asfen” şirkətləridir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti