...

Bu il metroda enerji böhranı problem olmayacaq - QSC (FOTO)

Energetika Materials 27 Fevral 2020 12:37 (UTC +04:00)
İl ərzində “Azərişıq” ASC-nin 10 rayon elektrik yarımstansiyasında quraşdırılan 17 dizel-generator fövqəladə hallarda metropoliten xətlərinin elektrik enerjisinə olan tələbini ödəyəcək.
Bu il metroda enerji böhranı problem olmayacaq - QSC (FOTO)

Bakı. Samir Əli - Trend:

2018-ci ilin 3 iyul hadisəsi - ölkənin enerji sistemində yaranan nasazlıq, dövlət başçısının da diqqətini bu məsələyə cəlb etdi və metronun ehtiyat enerji sisteminin yaradılması barədə xüsusi göstəriş verildi. İl ərzində “Azərişıq” ASC-nin 10 rayon elektrik yarımstansiyasında quraşdırılan 17 dizel-generator fövqəladə hallarda metropoliten xətlərinin elektrik enerjisinə olan tələbini ödəyəcək. Ən əsası, minimum ehtiyaclar səviyyəsində qatarların hərəkəti təmin olunacaq.

Bu barədə Trend-ə "Bakı Metropoliteni" QSC-dən bildiriblər.

Məlumata görə, “İçərişəhər” alçaldıcı yarımstansiyanın elektrik qurğu və avadanlıqları fiziki cəhətdən köhnəldiyindən yenisilə əvəzlənib və müasir dövrün tələblərinə uyğun olaraq yenidən qurulub. Svetoforları, stansiyanın işıqlanmasını və digər işarəvermə qurğularını elektrik cərəyanı ilə təmin edən köhnə avadanlıqlar Almaniyanın "Siemens" şirkətinin məhsulları ilə əvəz edilib.

Metropolitenin “Nərimanov” elektrik deposunda ikinci elektrik yarımstansiyası istifadəyə verilməklə oradakı təmir-bərpa sahələrinin, lokomotiv parkının elektrik təchizatı ən müasir standartlara çatdırılıb. Daha bir yarımstansiyanın yenidən qurulmasına 2020-ci ildə başlanılacaq. İstər “Nizami” stansiyasında, gələcəkdə isə xətlər ayrılanda, həmçinin Yaşıl xətt üçün vacib olacaq daha bir yarımstansiyanın inşası ilə bağlı mühüm addımlar qarşıdakı müddətdə atılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti