Bakı. Trend:
OPEK nazirləri arasında əlavə qeyri-rəsmi məsləhətləşmələr keçirilib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, OPEK nazirləri OPEK+ üzrə müttəfiqlərinə neft hasilatının gücləndirilmiş azaldılmasını 2020-ci ilin sonuna qədər uzatmağı təklif ediblər.
Bildirilir ki, OPEK bu təklifi koronavirus səbəbiylə tələbin azalmasını qarşılamaq üçün edir.