...

Azərbaycanın Bahar yatağında qaz hasilatı artıb

Energetika Materials 16 Dekabr 2020 15:01 (UTC +04:00)
Azərbaycanın Bahar yatağında qaz hasilatı artıb

Bakı. Ləman Zeynalova - Trend:

Bu ilin üçüncü rübündə Azərbaycanın Bahar yatağında qaz hasilatı gündə orta hesabla 19,4 milyon kub fut olub ki, bu da 2020-ci ilin ikinci rübünə nisbətən gündə təxminən 0,6 milyon kub fut çoxdur.

Bu barədə Trend layihəni törəmə şirkəti BEOC vasitəsi ilə idarə edən ABŞ-ın "Greenfields Petroleum" şirkətinə istinadən xəbər verir.

Şirkətin verdiyi məlumata görə, hasilat əsasən IX üfüqdə BH169 quyusunun uğurla yenidən qurulması hesabına artıb.

Bununla belə, iş platformalarını hərəkətə gətirmək üçün kran gəmilərinə xidmət göstərməsində gecikmələr səbəbindən üçüncü rübdə gündəlik hasilat nəzərdə tutulduğundan 3,5 milyon kub fut az olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti