...

Yunanıstan-Bolqarıstan interkonnektorunun işə düşəcəyi vaxt açıqlanıb

Energetika Materials 29 Yanvar 2021 20:13 (UTC +04:00)
Yunanıstan-Bolqarıstan interkonnektorunun işə düşəcəyi vaxt açıqlanıb

Bakı. Ləman Zeynalova, tərcümə Orxan Nəbiyev - Trend:

Koronavirus pandemiyası ilə əlaqədar Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) böyük ehtimalla 2021-ci il oktyabrın əvvəlində işə düşəcək.

Trend-in məlumatına görə, bu barədə "Bulqarqaz" şirkəti bildirib.

Layihənin bu ilin iyulunda işə salınması planlaşdırılsa da, podratçı şirkət işlərin başa çatması üçün müddətin oktyabr ayınadək uzadılması üçün müraciət edib.

Hazırda layihə üzrə işlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti