...

Azərbaycanda neft hasilatında stabillik ola bilər - Qara Dəniz Ticarət və İnkişaf Bankı

Energetika Materials 6 Fevral 2021 10:19 (UTC +04:00)
Azərbaycanda neft hasilatında stabillik ola bilər - Qara Dəniz Ticarət və İnkişaf Bankı

Bakı. Ləman Zeynalova, tərcümə Orxan Nəbiyev - Trend:

Azərbaycanda qaz hasilatı və ixracının artması ilə yanaşı neft hasilatında da müəyyən stabillik baş verə bilər ki, bu da ümumi daxili məhsulun artımına xidmət edəcək.

Bu barədə Trend-ə Qara Dəniz Ticarət və İnkişaf Bankından (QDTİB) bildiriblər.

Qeyd olunub ki, 2020-ci ildə neft hasilatı 8 faiz, turizm 50 faiz azaldığı üçün Azərbaycanın ümumi daxili məhsulu 4,3 faiz azalıb. Azərbaycanda yataqlar köhnəldiyi və hasilat gücü azaldığı üçün neft hasilatının azalması gözlənilən idi. Bundan başqa, Azərbaycan hasilatın azaldılması üzrə OPEC+ qərarını qəbul edib. Turizm sektoru isə koronavirus pandemiyası ilə əlaqədar bütün dünyada zərər çəkib.

Bankdan bildiriblər ki, peyvəndləmə prosesi, böyük ehtimalla daxili ticarət, səyahət, nəqliyat və bütün digər sektorlara təsir göstərəcək. Beləliklə, 2021-ci ildə ölkə iqtisadiyyatının 2021-ci ildə 3,4 faiz artacağı gözlənilir. Əsas risklər peyvəndlənmənin müddəti və səmərəliliyindən asılıdır.

Azərbaycan üçün digər əsas risk neft qiymətidir. OPEC+ üzvləri arasında razılaşmada olduğu müddətdə neft qiymətləri rəsmi proqnozlaşdırılmış 40 dollar/barel həddindən yüksək olacaq. Bundan başqa, ölkə üçün daha bir müsbət amil Avropaya qaz ixracını nəzərdə tutan Trans-Adriatik boru kəmərinin (TAP) tikintisinin başa çatmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti