...

TAP vasitəsilə İtaliyaya qaz nəqli 54 faiz artıb

Energetika Materials 29 Aprel 2021 10:35 (UTC +04:00)
TAP vasitəsilə İtaliyaya qaz nəqli 54 faiz artıb

Bakı. Ləman Zeynalova - Trend:

2021-ci ilin aprelində Trans-Adriatik qaz kəməri (TAP) ilə İtaliyaya 415 milyon kubmetr qaz nəql edilib.

Trend bu barədə TAP AG konsorsiumuna istinadən məlumat verir.

Bu göstərici mart ayı ilə müqayisədə 54 faiz çoxdur.

Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən etibarən Azərbaycan qazının TAP vasitəsilə Avropaya nəqli başlayıb.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti