...

"Azəri-Mərkəzi Şərqi" layihəsi üzrə mühəndis-layihə işləri başa çatıb

Energetika Materials 29 Aprel 2021 14:26 (UTC +04:00)
"Azəri-Mərkəzi Şərqi" layihəsi üzrə mühəndis-layihə işləri başa çatıb

Bakı. Ləman Zeynalova - Trend:

2021-ci ilin birinci rübündə "Azəri-Çıraq-Günəşli" blokunun "Azəri-Mərkəzi Şərqi" platformasında mühəndis-layihə işləri başa çatıb.

Trend bu barədə "BP Azerbaijan" şirkətinin hesabatına istinadən məlumat verir.

Qeyd olunub ki, COVID-19 pandemiyasının yaratdığı çətinliklər və məhdudiyyətlərə baxmayaraq, rüb ərzində Azəri Mərkəzi Şərqi (ACE) layihəsi eləcə də bp-nin digər fəaliyyətləri vəziyyətə uyğunlaşmaqla fasiləsiz davam edib:

"Platformanın üst modullarının və qazma avadanlıqlarının istehsal-quraşdırma işləri Bibiheybətdəki tikinti sahəsində davam edib. Ağır yüklərin qaldırılması proqramı irəliləmişdir və bura aşağıdakı əməliyyatlar daxildir: alt göyərtənin bütün seksiyalarının quraşdırılması, üst göyərtənin ilk seksiyalarının öz mövqelərinə qaldırılması və bir neçə əsas qazma modulunun qaldırılması. Mexaniki avadanlıq dəstlərinin quraşdırılması irəliləyib, boru xətlərinin quraşdırılması, dikəldilməsi və kabellərin çəkilməsi işlərinə başlanıb. Mexaniki avadanlıq dəstlərinin yoxlanması və avadanlıqların çatdırılması davam edib, yaşayış modullarının və əsas gəmi yüklərinin çatdırılması plan üzrə irəliləyib. Yaşayış modulları İsveçdən yola salınmışdır və bu ilin ikinci rübündə Bakıya çatdırılacağı gözlənilir".

Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda dayaq blokunun tikintisi həm quraşdırma sexlərində, həm də ştapelin üzərində olmaqla bütün sahələrdə davam edib. Sualtı qurğuların və birləşdirici dirsəklərin istehsal-quraşdırma işləri də davam edib.

Rüb ərzində həmçinin ACE layihəsinin dəniz işlərinin digər hissələrini də irəli aparan fəaliyyətlər olub. Ümumilikdə, 2023-cü ildə ACE layihəsindən ilk hasilatı əldə etmək üçün həyata keçirilən mühəndis-layihə, tədarük və istehsal-quraşdırma işləri qrafikə uyğun davam edir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti