...

ABŞ Energetika Nazirliyi Azərbaycanda neft hasilatı ilə bağlı proqnozlarını azaldıb

Energetika Materials 9 İyun 2021 11:33 (UTC +04:00)
ABŞ Energetika Nazirliyi Azərbaycanda neft hasilatı ilə bağlı proqnozlarını azaldıb

Bakı. Ləman Zeynalova - Trend:

2021-ci ildə Azərbaycanda neft və maye karbohidrogen hasilatı 0,73 milyon barel/sutka səviyyəsində gözlənilir.

Trend-in məlumatına görə, bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsinin (EIA) hesabatında deyilir. Əvvəlki hesabatda bu göstərici 0,74 milyon barel/sutka proqnozlaşdırılmışdı.

2021-ci ildə rüblük hasilat birinci rübdə 0,74 milyon, ikinci rübdə 0,71 milyon, üçüncü rübdə 0,71 milyon, dördüncü rübdə isə 0,75 milyon barel/sutka səviyyəsində proqnozlaşdırılır.

2022-ci ildə isə proqnozlara əsasən Azərbaycanda neft və maye karbohidrogen hasilatı 0,78 milyon barel/sutka olacaq. Əvvəlki hesabatda 2022-ci ildə neft hasilatı üzrə proqnoz orta hesabla 0,79 milyon barel/sutka təşkil etmişdi.

Gələn il rüblük hasilat birinci rübdə 0,77 milyon, ikinci rübdə 0,79 milyon, üçüncü rübdə 0,76, dördüncü rübdə isə 0,79 milyon barel/sutka təşkil edəcək.

2020-ci ildə Azərbaycanda neft və maye karbohidrogen hasilatı sutkada orta hesabla 0,7 milyon barel, 2019-cu ildə 0,78 milyon barel təşkil edib.

EIA-nın göstəricilərinə görə, 2020-ci ilin birinci, ikinci, üçüncü və dördüncü rüblərində hasilat müvafiq olaraq sutkada 0,67, 0,69, 0,66 və 0,69 milyon barel təşkil edib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti