...

Azərbaycan qazını Serbiyaya daşıyacaq qaz kəmərinin tikintisi başlayır

Energetika Materials 24 Avqust 2021 11:06 (UTC +04:00)
Azərbaycan qazını Serbiyaya daşıyacaq qaz kəmərinin tikintisi başlayır

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan qazının Serbiyaya tədarükünü təmin edəcək Serbiya-Bolqarıstan (Niş-Dimitrovqrad) qaz kəmərinin tikintisi sentyabrda başlaya bilər.

Trend-in məlumatına görə, bunu Serbiya baş nazirinin müavini, mədən sənayesi və energetika naziri Zorana Mihayloviç deyib.

O bildirib ki, qaz marşrutlarının şaxələndirilməsi enerji daşıyıcıları tədarükçülərinin şaxələndirilməsi qədər vacibdir:

"Bu, bizim üçün yeni tədarük istiqamətini təmin edir. Dünya qaz bazarının gözlənilməzliyini nəzərə alsaq, tədarükçülərin də şaxələndirilməsi üzərində işləmək lazımdır".

Qeyd edək ki, Niş-Dimitrovqrad qaz kəməri 2023-cü ildə istifadəyə veriləcək. Nişdən Sofiyayadək qaz kəmərinin uzunluğu 170 kilometrə yaxındır, bunun 109 kilometri Serbiya ərazisindən keçəcək.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti