...

Almaniyanın ən böyük elektrik təchizatçısı bahalaşmaya görə fəaliyyətini dayandırır

Energetika Materials 9 Oktyabr 2021 08:52 (UTC +04:00)

Bakı. Trend:

Almaniyanın ən böyük elektrik təchizatçısı, daha çox "Meisterstrom" kimi tanınan "Immergruen" şirkəti gözlənilmədən fərqli bölgələrdən olan müştərilərinə xidmətlərin dayandırılması barədə məlumat yayıb.

Trend "Qazeta.ru"ya istinadən xəbər verir ki, bu, enerjinin qiymətinin kəskin artması ilə əlaqələndirilir.

Qeyd edildiyi kimi, şirkət oktyabrın 19-dan etibarən elektrik enerjisini verməyi dayandıracaq, lakin şirkət səbəbini rəsmi olaraq açıqlamır.

Öz növbəsində, şirkət müqayisələr aparan platforma "Verivox"dan istifadəçilərə 6 oktyabrdan "Meisterstrom"a aid elektrik və qaz tariflərinin nəşrində vasitəçiliyi dayandırmağı xahiş edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti