...

SWAP layihəsi çərçivəsində ilk kəşfiyyat quyusunun qazılması cədvələ uyğun davam edir - Bəxtiyar Aslanbəyli

Energetika Materials 1 Noyabr 2021 14:29 (UTC +04:00)
SWAP layihəsi çərçivəsində ilk kəşfiyyat quyusunun qazılması cədvələ uyğun davam edir - Bəxtiyar Aslanbəyli

Bakı. Ləman Zeynalova - Trend:

Abşeron yarımadasının dayazsulu hissəsində (SWAP) ilk kəşfiyyat quyusunun qazılması cədvələ uyğun davam edir.

Bunu Trend-ə "bp" şirkətinin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

O bildirib ki, ümumilikdə SWAP çərçivəsində üç kəşfiyyat quyusunun qazılması planlaşdırılır.

Vitse-prezident eyni zamanda bildirib ki, D230 blokunda seysmik kəşfiyyat üzrə işlər sona yaxınlaşır: "Məlumatların interpretasiyası davam edir. Bu işlərin başa çatmasından sonra biz ilk kəşfiyyat quyusunun qazılmasının yeri və müddəti barədə qərar qəbul edəcəyik".

"Azəri-Çıraq-Günəşli" blokunda "Azeri Central East" (ACE) platforması barədə danışan B.Aslanbəyli qeyd edib ki, platformada işlər fasiləsiz aparılır:

"Biz platformada tikinti işlərinin 50 faizini başa çatdırmışıq. Tikintinin 2022-ci ildə bitirilməsi planlaşdırılır. İlk hasilat 2023-cü ildə nəzərdə tutulur".

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti