...

Aİ Rusiyadan qaz tədarükünün azaldılması halında bunun öhdəsindən gələcək - Ursula fon der Lyayen

Energetika Materials 16 Fevral 2022 06:08 (UTC +04:00)
Aİ Rusiyadan qaz tədarükünün azaldılması halında bunun öhdəsindən gələcək - Ursula fon der Lyayen

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) Avropa ölkələrinə Rusiyadan qaz idxalının qismən dayandırılmasının öhdəsindən gəlmək üçün tədbirlər görüb.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen deyib.

"Qazprom" tərəfindən qaz tədarükünün qismən kəsilməsi və ya getdikcə azaldılması halında modellərimiz indi daha çox təhlükəsiz vəziyyətdə olduğumuzu göstərir", - deyə Avropa Komissiyasının sədri bildirib.

Onun sözlərinə görə, Aİ ABŞ, Qətər, Misir, Azərbaycan, Nigeriya və Cənubi Koreya ilə həm mayeləşdirilmiş təbii qaz, həm də təbii qaz tədarükünün mümkün artımını müzakirə edib.

"Əsas mayeləşdirilmiş təbii qaz təchizatçıları ilə də danışdıq, tədarükləri Aİ-nin xeyrinə yönləndirməyin mümkün olub- olmadığını soruşduq", - deyə Ursula fon der Lyayen bildirib.

Avropa Komissiyasının sədri qeyd edib ki, bu səylər öz bəhrəsini verir.

Onun sözlərinə görə, son illərdə Avropanın enerji infrastrukturunun inkişafı ölkələr arasında qaz və elektrik enerjisinin bölüşdürülməsini yaxşılaşdırıb, lakin Rusiya qazının tədarükünün tamamilə dayandırılması hələ də əlavə tədbirlər tələb edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti