Bakı. Trend:
Respublika ərazisində hava şəraitinin kəskin dəyişməsi, küləkli, qeyri-sabit keçməsi ilə əlaqədar olaraq SOCAR-ın “Azneft” İB dənizdəki istehsalat sahələrində təhlükəsizlik tədbirlərini gücləndirib.
SOCAR-ın İctimaiyyətlə əlaqələr və kommunikasiya ximətindən Trend-ə verilən məlumata görə, təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər görülüb.
"Bununla yanaşı, bütün sahələrdə maarifləndirmə işləri aparılır, mövcud vəziyyət nəzarət altındadır", - məlumatda qeyd edilir.